• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2595
— 30.10.2019 12:13

Turan Taniyamaya şans tanımadı

KepezTV Player

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında ilk medalçılar müəyyənləşib. Mükafatçılar sırasına Azərbaycan yığmasının üzvləri də düşüb.

Sərbəst güləşçilərin mübarizəsində ilk yarış gününə əsasən, komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Qızıl mükafatı yığmamızın aktivinə Gəncə güləş məktəbinin yetirməsi Turan Bayramov əlavə edib. 65 kq-da mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov əvvəlcə kanadalı, daha sonra moldovalı rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Bu mərhələdə Fransa güləşçisi üzərində qələbə qazanan Bayramov debüt etdiyi dünya çempionatının finalına vəsiqə qazanıb. O, həlledici görüşdə yaponiyalı Takuma Taniyama ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın sonuna az qalmış rəqibi əks-fənddə yaxalayan Bayramov 23 yaşadək güləşçilər arasında dünya çempionu olub. Millimizin digər üzvlərindən Abubakr Abakarov yalnız finalda uduzaraq gümüş, Əfqan Xaşalovla Davud İbrahimov isə bürünc medala layiq görülüb.