• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3388
— 30.10.2019 19:20

Tut ipək qurdları mikroanaliz edilir

KepezTV Player

Barama qurdlarının xəstəliklərə davamlılığını artırmaq üçün mikroanalizlər həyata keçirilir. Yerli cinslərin qorunub saxlanılması məqsədi daşıyan elmi tədqiqatlar Heyvandarlıq Elmi Tətqiqat İnstitutu tərəfindən aparılır.
 

Raya Rüstəmova - Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun baramaçılıq laboratoriyasının aqrotexniki: Biz kəpənəyi götürüb həvəsdəstəyə qoyub üstünə distrovnu su əlavə edib sonra 3-5 dəqiqə əzirik. Daha sonra texniki şüşənin üzərinə bunu damızdırıb ötürücü şüşə ilə örtüb mikraskopda mikro analizə baxırıq. Əgər xəstəlik olursa bunu çıxdaş edib, yandırb atırıq. Yoxdursa saxlayıb növbəti ilə saxlayırıq)) ((K/A)) Aparılan yemləmələrdən sonra tut ipək qurdunun kəpənəyin tökdüyü qrenanın sağlam olub olmaması bu yolla yoxlanılır. İpək qurdlarının mikroanalizləri sağlam toxumun hazırlanması və gələcəkdə inkubasiyaya qoyulduqda yarana bilinəcək xəstəliklərin qarşısını almaq üçün həyata keçirilir. Tut ipək qurdların bir çox xəstəlikləri mövcuddur.

Qafur Məmmədov - Heyvandarlıq ETİ-nin Baramaçılıq laboratoriyasının müdiri: Bunlara pebrin, sarılı, sısqalıq, qaratuluq v.s. daxildir. Bu xəstəliklərdən ən qorxulusu pebrin xəstəliyidir. Bu xəstəlik yayıldlğı təsərrüfatlarda baramaçılığı ümumiyyətlə məhv edir. Ona görə də idxal olunan toxumu mikraskopdan keçirilməlidir. Məqsədimizdə xəstə toxumları aşkar edib məhv etməkdən ibarətdir.

Aparılan son elmi araşdırmalar nəticəsində şərti adı "Ordubad 1" və "Ordubad 2" olan barama cinsləri yaradılıb. Gələn il isə həmin cinslərin yemlənməsindən sonra dövlət sort sınaq komissiyasına göndərilməsi nəzərdə tutulur.

Mahir Hacıyev - Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru: Artıq İnistitut tərəfindən iki barama cinsi alınıbdı. Üzərində sınaqlar gedir. Bramanın sarıma qabiliyyətinin və ondan alınan liflərin keyfiyyətindən fərqlənir. Gələcəkdə bizim hədəf nöqtəmiz ondan ibarətdir ki, Heyvandarlıq Elmi Tətqiqat İnistitutunda olan baramaçılıq laboratoriyasında yeni məhsuldar cinsin alınmasıdır. Bunlardan lif çıxarı və baramanın sarı müddətinin azadılmasıdır. Azərbaycanda isti iqlim şəraitinə dözümlüyünə fərqlənən bir cinsin alınmasından ibarətdir.

Mikroanalizlərin noyabırın sonunda başa çatdırılması və tut ipək qurdlarının saxlanması üçün Şəki İpək Kombinatının soyuducularına göndərilməsi planlaşdırılır. Apreldə yenidən laboratoriyaya qaytarılacaq qurdların üzərində elmi araşdırmalara başlanılacaq. Baramaçılıq laboratoriyasının genafondunda 50-i yerli, 32-i isə xarici ölkələrdən gətirilən 82 tut ipəkqurdu cinsi saxlanılır.

 

Elnur Vahidoölu