• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2752
— 30.10.2019 19:16

Saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs saxlanılıb

KepezTV Player

Baş  Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs saxlanılıb. Keçirilən əməliyyatla keçmiş məhkum paytaxt sakini Elçin Adıgözəlov tutulub. Üzərində şəxsi axtarış aparılan zaman Gürcüstanın saxtalaşdırılmış sürücülük vəsiqəsi aşkar olunub. Onun vəsiqəni Binəqədi rayon sakini əvvvəllər məhkum olunmuş Eyvaz Əliyevdən 150 manata aldığı müəyyən edilib. Əliyev də tutulub və o, ifadəsində saxta vəsiqəni Ramin adlı şəxsdən 100 manata aldığını deyib. Keçirilən əlavə əməliyyatla saxta sürücülük vəsiqəsini hazırlayan Binəqədi rayon sakini Ramin Ağayev istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı saxta vəsiqələr hazırlayan avdanlıqlar aşkar edilərək maddi sübut kimi götürülüb. Fakt üzrə hər 3 şəxs barəsində toplanan materiallar müvafiq prosessual qərar verilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.