• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2593
— 28.10.2019 19:25

Meşədə itən uşaq tapıldı

KepezTV Player

Lənkəranda meşədə itən 6 yaşlı məktəbli tapılaraq ailəsinə təhvil verilib. Həftə sonu günorta saatlarında Bəliton kənd tam orta məktəbinin şagirdi dərsləri bitdikdən sonra evə qayıdan zaman sinif yoldaşlarından ayrılıb və getdiyi çay içi yolda azaraq meşə istiqamətində hərəkət edib. Məktəbdən təxminən 1400 metr uzaqlıqda yerləşən Horavenc kəndinin sakini olan Əli Muradovun vaxtında evə qayıtmaması valideynlərini və kənd sakinlərini bir neçə saatdan sonra hərəkətə gətirib. İtkin düşmüş oğlanın tapılması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin və Rayon polis şöbəsinin əməkdaşları axtarışlara cəlb olunublar. Axtarış-xilasetmə tədbirləri nəticəsində Əli Muradov məktəbdən təxminən 15 km uzaqlıqda, Hirkan Milli Parkının ərazisinə daxil olan Havzava kəndi ərazisindəki meşəlikdə tapılaraq aidiyyatı üzrə təhvil verilib.