• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2639
— 26.10.2019 16:41

Taekvandoçular Şəmkirdə güclərini sınayıb

KepezTV Player

Şəmkirdə taekvando üzrə açıq rayon birinciliyi keçirilib. Birincilikdə respublikamızın  müxtəlif şəhər və rayonları ilə Gürcüstan idamançıları da mübarizə aparıb. Təntənəli açılış mərasimində çıxış edənlər ölkədə idmanın bu növünə olan maraqdan və əldə edilən uğrulardan danışıblar. Yeniyetmə və gənclərin beynəlxalq arenada çıxışlarına toxunulub. Ötən ay Şəmkirli teakvandoçuların Gürcüstanın Rustavi şəhərində keçirilən beynəlxalq turnidə əldə etdiyi müxtəlif əyyarlı medallar uğurların təzahürü kimi qiymtələndirilib. Ümumilikdə 23 komandanın 350-dən çox idmançısının qalib adı uğrunda mübarizə apardığı yarışları 5-i beynəlxalq olmaqla 12 hakim idarə edib. Birincilikdə özünü yaxşı tərəfədn göstərən idmançılar müxtəlif əyyarlı medal əldə etməklə yanaşı gələcəkdə yığma komandanın tərkibində ölkəmizi beynəlxalq arenada təmsil edə biləcək. Gərgin və maraqlı idman mübarzəsi şəraitində keçən birinciliyin sonunda ilk üç yeri tutan gənclər, eləcə də taekvando idman növunun inkişafına təkan verənlər xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Gündüz Abdullayev Azərbaycan Taekvando Federasiyasının baş hakimi: Bu yarışda kifayət qədər rəqabət var. Ümumi olara qTaekvando Federasiyasının məqsədi odur ki regionlarımızda bu idman növunun inkişafına nail olmaqdır. Mənə elə gəlir ki bu gün bu yarışların Şəmkirdə keçirilməsi və bu yarışların ənənə halını alması bu zonada olan idmançıların prespektivli olmasıəna şərait yaradır.

Elnarə Qafarova məşqçi: İnanıram uşaqlarımızın bu yarışlarda uğurlaraı çox olacaq. Gələcək yarışlarımıza hazırlıq üçün bu birinciliyin əhəmiyyəti böyükdür. Yeniyetmmələrin yığma komandaya cəlb edilməsi və beynəlxalq yarışlarda iştirakı üçün bu birinciliyin əhəmiyyəti böyükdür.

Natiq Hüseyn