• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3491
— 25.04.2015 22:40

Şəmkirdə yanğın hadisəsi baş verib

Hadisə bu gün saat 18:00 radələrində olub. Yanğın vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyün də baş verib. Dərhal hadisə yerinə FHN-nin Şəmkir rayon Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınsa da tövlənin dam örtüyünün 20 kv.m sahəsinin yanar konstruksiyaları tamamilə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verməsi araşdırmalardan sonra bilinəcək.