• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 742
— 23.04.2015 21:34

Gəncədə günorta saatlarında əsən külək fəsadlar törədib

Şəhərin Poçt qəsəbəsi, 6-ci küçə kimi tanınan ərazisində evin dam örtüyü qoparaq elektrik xətlərinin üzərinə düşüb.

Dam örtüyü elektrik xətlərinin üzərində asılı qaldığından təhlükəli vəziyyət yaranıb. Sakinlər baş verən hadisə ilə bağlı əlaqədar qurumlara müraciət ediblər.

İlhamə Zeynalova- sakin: "Günorta saat birə qalmış idi. Bir də gördük dam örtüyü uçaraq elektrik xətlərinin üzərinə düşdü. İki maşın gəlib. Biri deyib biz dirəklərə baxırıq bizlik deyil. Digəri də deyib ki, elektrik xətləri qırılsa biz onları düzəldə bilərik, bizlik də deyil."

Mövcud vəziyyətlə bağlı Gəncə şəhər Elektrik Şəbəkəsinin əməkdaşları hadisə yerinə gəliblər. Qırılan elektrik naqili bərpa edilib, ancaq elektrik xətlərinin üzərinə düşən dam örtüyü ərazidən uzaqlaşdırılmayıb.