• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3619
— 23.04.2015 17:33

Şəkidə ana doğuşdan sonra dünyasını dəyişib

Azərbaycanda növbəti ana ölümü qeydə alınıb. Hadisə Şəkidə baş verib. 24 yaşlı Qəbələ sakini doğuşdan sonra dünyasını dəyişib. Qəbələ şəhər sakini, 1991-ci il təvəllüdlü, Aygün Famil qızı Kərimova doğumdan öncə səhhətində yaranan problemlərlə əlaqədar Qəbələ Rayon Mərkəzi Xəsətəxanasının göndərişi ilə Şəki Regional Perinatal Mərkəzə göndərilib. Burada ona lazımi tibbi yardımlar göstərilib. Ötən gün saat 12:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində o, qeysəriyyə əməliyyatı olunub. Əməliyyatı həyata keçirən ginekoloq Saniyə Məmmədovanın sözlərinə görə, doğuşdan 6 saat sonra xəstənin vəziyyəti qəflətən pisləşib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Müdaxilələrə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Vaxtından əvvəl dünyaya gələn körpə isə hazırda həkim nəzarətində saxlanılır. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, bu, Aygün Kərimovanın ikinci hamiləliyi olub. Bundan əvvəl o, Qəbələ RMX-nın Doğum Şöbəsində təbii yolla iki əkiz oğlan dünyaya gətirib. Kəmalə İlyasqızı