• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 23.04.2015 09:59

“Shamkir chess 2015”-də 6-cı turun görüşləri baş tutacaq

Bu gün “Shamkir chess 2015” beynəlxalq supertunirində 6-cı turun görüşləri keçiriləcək. Günün ən maraqlı görüşündə Vladimir Kramnik Fabiano Karuanayla zəkasını yoxlayacaq. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Uesli Soyla, Rauf Məmmədov isə Vişvanatan Anandla üz-üzə gələcək. Digər oyunlarda Maqnus Karlsen Aniş Qiriyə, Maykl Adams Maksim Vaşye-Laqrava qarşı oynayacaq. Yarışda turnir cədvəlinə 4 xalla Karlsen başçılıq edir. 3.5 xalı olan So ikinci, 3 xala malik Anand 3-cüdür. Aktivində 2.5 xalı olan Məmmədyarov və Kramnik 4-cü 5-ci yerləri bölüşdürür. Qiri, Məmmədov, Vaşye-Laqrav və Karuana 2 xalla 6-cı 9-cu yerdədilər. Sonuncu pillədə 1.5 xalı olan Maykl Adamsdır.

21 aprel

VI tur

Vladimir Kramnik (Rusiya, 2783) - Fabiano Karuana (İtaliya, 2802)

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - Uesli So (ABŞ, 2788)

Rauf Məmmədov (Azərbaycan, 2658) - Vişvanatan Anand (Hindistan,2791)

Maqnus Karlsen (Norveç, 2863) - Aniş Giri (Hollandiya, 2790)

Maykl Adams (İngiltərə, 2746) - Maksim Vaşye-Laqrav (Fransa, 2716)

Turnir cədvəli: Karlsen – 4 xal; So – 3,5 xal; Anand – 3 xal; Məmmədyarov, Kramnik – 2,5 xal; Məmmədov, Karuana, Vaşye-Laqrav, Qiri – 2 xal, Adams – 1,5 xal.