• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 22.04.2015 20:06

Zaqatalada zəhərlənmə faktı qeydə alınıb

Gecə saat 00:30 radələrində rayonun Aşağı Tala kənd sakini 59 yaşlı Qüdrət Eldarov, saat 4 radələrində isə rayonun Lahıc kənd sakini, 32 yaşlı Elsevər İsmayılov zəhərlənmə əlamətləri ilə rayon mərkəzi xəstəxanasına gətiriliblər. Müayinə zamanı məlum olub ki, Qüdrət sirkə turşusundan, Elsevər isə göbələkdən zəhərlənib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Ancaq onların vəziyyətləri ağır hesab olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriliblər. Faktla bağlı araşdırma aparılır.