• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2513
— 22.04.2015 19:47

“Shamkir Chess 2015” beynəlxalq superturnirində IV tur həyəcanı

Bu gün mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində növbəti turun görüçləri keçiriləcək.

Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov bu dəfə hollandiyalı Aniş Giri ilə üz-üzə gələcək. Qrossmeysterimiz qələbə qazanacağı halda turnir cədvəlindəki mövqeyini yaxşılaşdıracaq.

Yarışdakı digər təmsilçimiz Rauf Məmmədov isə lider Uesli So ilə qarşılaşacaq. Şahmatçımız rəqibini məğlub edərsə, ilk “üçlüyə” daxil ola bilər.

20 aprel

IV tur

Maykl Adams (İngiltərə, 2746) - Maqnus Karlsen (Norveç, 2863)

Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Fabiano Karuana (İtaliya, 2802)

Aniş Giri (Hollandiya, 2790) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756)

Vladimir Kramnik (Rusiya, 2783) - Vişvanatan Anand (Hindistan,2791) - 0,5:0,5

Uesli So (ABŞ, 2788)- Rauf Məmmədov (Azərbaycan, 2658) 

Turnir cədvəli: So, Karlsen – 2,5 xal; Kramnik – 2; Vaşye-Laqrav, Anand, Məmmədov – 1,5; Qiri, Karuana, Məmmədyarov – 1; Adams - 0,5