• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2564
— 22.04.2015 19:45

Mərhum şahmatçı Vüqar Həşimovun xatirə turnirində iştirakçıların istirahət gününü yadda qalan etmək üçün mini-futbol üzrə yarış düzənlənib

Şəmkir Olimpiya İdman Kompleksində keçirilən turnirdə 4 komanda mübarizə aparıb. Püşkün nəticəsinə görə, ilk oyunda Media işçilərindən ibarət yığma Azərbaycan şahmatçılarına qarşı oynayıb. Medianı təmsil edən kollektivdə «Kəpəz» TV-nin əməkdaşları  da yer alıb. Rauf Məmmədov, Nicat Abbasov, Eltac Səfərli və Şəhriyar Məmmədyarov kimi şahmatçıların forma geyindiyi komanda mətbuat təmsilçilərinə uduzub. Digər yarımfinal oyununda Dünya ulduzları ilə «Şəmkir Kapital Qrup»un komandası üz-üzə gəlib. Dünya yığmasında Maqnus Karlsen, Fabiano Karuana, Maksim Vaşye Laqrav və digərləri çıxış edib.Görüş meydan sahiblərinin böyük hesablı qəbəsi ilə nəticələnib. Mükafatçıları təyin edən oyunda meydan əvvəlcə 3-cü yer uğrunda görüşə çıxan komandalara verilib. Azərbaycan yığması Dünya ulduzlarına qarşı matçda da məğlub olub. Final isə daha gərginliyi ilə yadda qalıb. İlk yarıda media komandası bank işçilərinin qapısından iki cavabsız top keçirsə də, sonda oyun «Şəmkir Kapital Qrup»un 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.  Yarışın sonunda ilk 3-lüyə düşən komandalara kubok təqdim olunub.