• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3525
— 28.11.2014 18:36

İsmayıllıda yanğın hadisəsi baş verib

Hadisə gecə saatlarında rayon mərkəzindən 21 km aralıda Enişdibi kəndində qeydə alınıb.

Kənd sakini Əhmədov Zakir Qədir oğluna məxsus ümumi sahəsi 180 kvadratmetr olan dördotaqlı ev qəfildən alışıb.

Hadisə yerinə yanğınsöndürənlər gəlib. İki saat ərzində yanğını söndürmək mümkün olub.

Evin yanar konstruksiyaları və əşyalar külə dönüb. 1 nəfər isə yanıq xəsarətləri alıb.