• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3513
— 26.11.2014 19:35

Bakı-Qazax yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Bu gün Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində “Mercedes” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub.

Nəticədə hələlik şəxsiyyətləri  məlum olmayan bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Hadisə baş verən arziyə gələn Fövqəladə Hallar Nazirliyinin  xilasediciləri deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralını avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Faktla  bağlı YPX Əməkdaşları araşdırma aparır.