• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 06.11.2014 14:52

Göygölün Balçılı kəndinin uşaqları məcburi tibbi müayinədən keçiriliblər

Respublikanın hər yerində olduğu kimi Göygöl rayonunda da uşaqların məcburi tibbi müayinəsi davam etdirilir. Rayon mərkəzi xəstəxanası ilə yanaşı tibbi müayinələr yerlərdə də həyata keçirilir.

Göygöl Mərkəzi rayon Xəstəxanasının həkim briqadası bu dəfə Balçılı kəndində uşaqların məcburi dispanserizasiyasını həyata keçirib. Kənd sahə xəstəxanasında aparılan aksiyaya bütün ixtisaslar üzrə həkimlər cəlb edilib. 3 saat ərzində təxminən 100-ə yaxın uşağın müayinəsi aparılıb.

Eldar Muradov- Göygöl Mərkəzi rayon Xəstəxanasının baş həkim müavini: “Uşaqların icbari dispanserizasiyası müvvəffəqiyyətlə keçir. Biz uşaqlar arasında ümumi xəstəliklərin fonunun necə olduğunu müəyyən edəcəyik. Nazoloji vahidlərə uyğun seçiləcək və onların tibbi müayinəsi yenə davam etdiriləcək”.

Balçılı və ətraf kəndlərdən ümumilikdə 2500-ə yaxın uşağın tibbi yoxlamadan keçirilməsi nəzərdə tutulub. Rayon üzrə isə bugünkü yoxlamalar da daxil olmaqla həkimlərin nəzarətindən 10700 uşaq keçib. İlin sonunadək bu rəqəmin 14 mini ötəcəyi və bununla da Göygöldə uşaqların müayinəyə cəlb olunması prosesinin yekunlaşdırılması planlaşdırılır.