• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 06.11.2014 11:36

Göygöldə Bayraq günü ilə bağlı silsilə tədbirlər keçirilir

Göygöl rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq 9 noyabr -Bayraq günü münasibəti ilə məktəbdənkənar müəssisələrdə şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub. Məktəblilər dövlət atributlarımızla bağlı müxtəlif məzmunlu rəsmlər sərgiləyiblər. Nümayiş etdirlən rəsmlər qonaqlar tərəfindən maraqla qarşılanıb. Tədbirdə çıxış edənlər Bayraq gününün yaranma tarixindən və əhəmiyyətindən bəhs ediblər. Bu cür tədbirlərin keçirilməsinin şagirdlərin dünya görüşünün artırılmasında xüsusi  önəm daşıdığı vurğulanıb. Sonda ən yaxşı rəsm əsərinin qaliblərinə fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Qurban Məmmədov- Texniki Yaradıcılıq Mərkəzinin direktoru: “Bu sərgini biz bu il Bayraq gününə həsr etmişik. Bildiyiniz kimi 2009-cu il noyabr ayının 9-da möhətərəm prezidentimiz İlham Əliyev Bayraq gününün qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncama əsasən hər yerdə olduğu kimi Göygöl rayonunda bir sıra tədbirlər keçirilir. Biz də bu bayramı özümüzə məxsus şəkildə qeyd edirik”.