• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 704
— 06.11.2014 11:22

“Kəpəz” televiziyasında “6 noyabr - Televiziya və Radio İşçiləri Günü” münasibətilə mini-futbol üzrə departamentlərarası turnir keçirilib

“Kəpəz” televiziyasında mini-futbol üzrə departamentlərarası turnir keçirilib. Yarış 6 noyabr - “Televiziya və Radio İşçiləri Günü”nə həsr olunub.

2 həftə davam edən turnirdə 6 komanda qüvvəsini sınayıb. Mükafatlar uğurunda televiziyanın Proqram, Xəbərlər, Texniki, Xüsusi Layihələr, Operator xidməti, Təsərrüfat və Nəqliyyat departamentinin işçilərindən ibarət kollektivlər mübarizə aparıb.

Oyunların nəticəsinə əsasən, Texniklərlə Proqram şöbəsinin əməkdaşları finalda, Xəbərlərlə Operatorlar 3-cü yer uğrunda görüş imkanı əldə edib.

Sonuncuların qarşılaşmasında jurnalistlər qələbə qazanıblar. 7:6 Bu matçdan sonra bütün diqqətlər həlledici görüşə yönəlib. Burada daha üstün oyun keyfiyyətlərini nümayiş etdirən texniklər 5:3 hesabı ilə qalib gəliblər.

Turnirin sonunda komandaların mükafatlandırılması mərasimi keçirilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə futbolunun kuratoru, Kəpəz Peşəkar Futbol Klubunun prezidenti Mehman Allahverdiyev və Kəpəz Müstəqil Tele-Radio Şirkətinin baş direktoru Fuad Cabarov çıxış edərək ilk 3-lüyə düşən komandalara təbriklərini çatdırıb.

Çıxışlardan sonra komandalara tutduqları yerləyə uyğun kuboklar təqdim olunub. Gəncəli fəal futbol azarkeşi Elmar Əliyev də özəl hədiyyəsi ilə qalib tərəfi mükafatlandırıb. Kəpəz klubunun kapitanı Azər Həşimov üzərində komanda üzvlərinin imzası olan topu televiziyadan olan həmkarına təqdim edib. Eyni hədiyyəni Gəncə futbolunun kuratoru Fuad Cabarova bağışlayıb. Oyunları yüksək səviyyədə idarə edən hakim Taleh Məmmədov da diqqətdən kənarda qalmayıb.

Sonda qeyd edək ki, cari turnir bundan sonra ənənəvi olaraq hər il peşə bayramı ərəfəsində keçiriləcək.