• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 05.11.2014 17:39

Gəncə şəhərində yerləşən mərkəzi kitabxanaya yeni kitablar gətirilib

Artıq oxucular məşhur xarici əsərləri Azərbaycan dilində oxuya biləcəklər.

Prezident İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərlərinin Azərbaycan dilində nəşr olunması haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamına əsasən nəşr olunan, Şərq xalq ədəbiyyatı, Türk xalq ədəbiyyatı, Can Steynbek, Migel De Servantes, sosial-iqtisadiyyat statistika və s. kitablar Gəncə şəhər Mərkəzi Kitabxanasına gətirilib.

Gülnaz İskəndərova- Gəncə şəhər Mərkəzi Kitabxana komplektləşdirilmə və kitab işləmə şəbəkəsinin müdiri: “Bizə müxtəlif mənbələrdən kitablar daxil olur. Gəncədə yerləşən Türk konsulluğu tərəfindən 65 nüsxə kitab daxil olub. Şəhərimizdə yaşayan yazıçılar, müəllimlər, alimlər öz kitabları nəşr olunanda kitabxanamıza verməyi unutmurlar”.

Kitabxana azyaşlıları da yaddan çıxarmayıb. Yazıçı Gülzar İbrahimovanın 7 adda uşaqlara aid olan nağıllardan ibarət diski də kitabxanaya gətirilib.