• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 05.11.2014 16:40

Şəmkirli ağsaqqallar yas mərasimləri ilə bağlı yekdil qərar qəbul edib

Şəmkirdə rayon rəhbərliyi ilə ağsaqqalların və din xadimlərinin görüşü keçirilib. Tədbirdə əvvəlcə rayonun sosial iqtisadi və mədəni həyatında baş verən yeniliklər barədə məlumat verilib. Yaxın vaxtlarda işsizliyin aradan qaldırılması üçün yeni çörək zavodunun istifadəyə veriləcəyi bir neçə istehsalat müəssisəsinin isə təməli qoyulacağı vurğulanıb. Rayonda ağsaqqallar üçün müasir istirahət parkının yaradıldığı və bu istiqamətdə tədbirlərin tək mərkəz deyil, kənd və qəsəbələri də əhatə etdiyi önə çəkilib. Daha sonra din xadimlərinin və ağsaqqalların təklifləri dinlənilib. Ağsaqqallar rayonda yas mərasimlərinin 3 gün keçirilməsini və israfçılığa yol verilməməsini təklif ediblər. Müraciətlər ətrafında geniş fikir mübadiləsi aparılaraq yekdil qərar qəbul edilib.

Bilal Məmmədov- Şəmkir sakini: “Belə qərara gəldik ki, yas mərasimləri 3 gün davam etsin. 3 mərasimində isə yalnız çay, pendir və halva verilsin. İsti xörəklər olmasın. Çünki bu mərasim sahibi üçün çox baha başa gəlir. Şəmkir rayon ağsaqqalları bu təklifi irəli sürüb. Bütün respublika ictimayyətini də bu qərara hörmətlə yanaşmağa çağırıram”.