• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 05.11.2014 16:38

Göygöldə şagirdlər müasir Azərbaycan tarixini öyrənir

Göygöl məktəblərində təhsil alan yuxarı sinif şagirdləri Heydər Əliyev mərkəzinə ekskursiya edərək ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif illərinə aid fotostendlərlə tanış olurlar. Mərkəzdə məktəblilər üçün seminar məşğələlər də təşkil olunur. Yerli pedaqoqlar ilk məşğələ zamanı Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı geniş məruzə səsləndirib. Şagirdlərə Azərbaycanın ən son tarixi haqqında ətraflı məlumat verilib. Məktəblilər bu il istifadəyə verilən bayraq meydanını və dövlət rəmzləri muzeyini də ekskursiya ediblər. Hündürlüyü 100 metr olan bayraq meydanından rayonu seyr ediblər. Dövlət rəmzləri muzeyində şagirdlərə bayrağımız və atributlarımız  barədə məlumat verilib.