• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 05.11.2014 16:38

Gədəbəy rayonunda qış aylarında məktəblərin isidilməsi ilə bağlı problem yaşanmayacaq

Qışa hazırlıq tədbirləri çərçivəsində 10 mindən artıq şagirdin təhsil aldığı bütün məktəblər yanacaqla təmin edilib.

Gədəbəy rayonunda 84 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir ki, bunlardan da 10-u təbii qazla, yerdə qalan 74 məktəb isə maye yanacaq və odunla isidilir. Havaların kəskin soyuması ilə əlaqədar artıq bir neçə gündür ki, məktəblərdə istilik sistemləri işə salınıb. Sinif otaqlarının istiliklə təmin olunması, şagirdlərin dərsə davamiyyətinə də müsbət təsir göstərir.

Baxış Nağıyev- Gədəbəy rayon Təhsil İdarəsinin müdiri: “Hal- hazırda bizim məktəblərə sinif otaqlarına girəndə görərsiz ki, uşaqlar yüngül geyimlə oturublar. Çünki istilik sistemi olmasa məktəblərdə davamiyyət də olmaz. Ona görə də məktəb rəhbərlərinə bir nömrəli vəzifə kimi tapşırıq verilib ki, məktəbin istilik sistemi yüksək səviyyədə olmalıdır”.

Gədəbəyin 84 ümumtəhsil müəssisəsində 10 min 500 şagird təhsil alır.

Elton Cabbarlı