• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 05.11.2014 16:36

Gəncə Dövlət Universitetində ölkədə keçiriləcək bələdiyyə seçkilərində gəncləri fəal iştiraka səsləyən görüş keçirilib

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirə universitet tələbələri ilə yanaşı, müəllimlər, yerli icra nümayəndələri, QHT-nin sədrləri, həmçinin müharibə veteranları təşkilatının üzvləri qatılıb. Tədbir iştirakçıları cəmiyyətin müxtəlif qrupundan olan vətəndaşları seçkilərdə nəinki səsverməyə, hətta namizədliklərini irəli sürməyə səsləyiblər.

Mehriban Abdullayeva –“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri: “Layihəmiz Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində insanların aktiv iştirakını, öz hüquqlarını tələb etmə bacarığını aşılamaqdır. Ümumiyyətlə, insanların passivliyini aradan qaldırmalarına çalışırıq. Dünyamızda Avropaya inteqrasiya edirik, bir addımlayırıqsa, vətəndaşlar çox aktiv olmalıdır və öz hüquqlarını bilib seçkilərdə iştirak etməlidirlər”.