• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 04.11.2014 15:01

Gədəbəy rayonunda qış mövsümünə hazırlıq işləri aparılır

Respublikanın bir sıra dağ rayonları kimi Gədəbəy rayonunda da qarşıdan gələn qış mövsümünə hazırlıq işləri aparılır. Məqsəd qış mövsümü ərzində rayonun təbii qaz və elektrik enerjisi ilə fasiləsiz təminatı, həmçinin rayonlararası avtomobil  yollarında təhlükəsiz  gediş-gəlişi təmin etməkdir.

Rayon yüksək dağlıq ərazidə yerləşdiyindən burada qış özünü daha tez göstərməyə başlayır. Bu səbəbdən də rayonda qışa hazırlıq işlərinə erkən start verilir. Hazırda rayon mərkəzi də daxil olmaqla ümumilikdə rayonun 27 yaşayış məntəqəsi təbii qazdan istifadə edir. Qış mövsümünə hazırlıq işləri çərçivəsində Gədəbəy rayon QİS tərəfindən bütün qaz xətlərinə və paylayıcı şkaflara baxış keçirilib. Aparılan yoxlamalar zamanı sıradan çıxan müxtəlif diametrli 430 metr metal qaz boruları yeniləriylə əvəzlənib. 6 ədəd paylayıcı şkaf təmir edilərək saz vəziyyətə gətirilib. Hazırlıq işləri Gədəbəy rayon elektrik şəbəkəsində də aparılır. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün  köhnə və istifadəyə yararsız elektrik xətləri yeniləriylə əvəzlənir. 15 ədəd sıradan çıxan ağac dirək yeni beton dirəklərlə dəyişdirilib. Təmirə ehtiyacı olan transformatorlar isə təmir olunub.

Bununla yanaşı qarlı-şaxtalı havalarda gediş-gəlişdə problemlərin yaranmaması üçün yol kənarlarına duz qarışığı qum tədarükü olunur.