• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 04.11.2014 15:04

Gəncədə qanvermə aksiyası keçirilib

Gəncədə məhərrəm ayının 10-cu günündə qanvermə aksiyası keçirilib. Qan bankında təşkil olunan aksiyada 120-ə yaxın könüllü vətəndaş iştirak edib.

Qanvermə aksiyasında 15 nəfərdən ibarət tibb işçisi qan verənlərin xidmətində durub. Onlar donor olmaq istəyənlərin səhhətini yoxlayıb və qan nümunələri götürərək laborator analiz ediblər. Qanı istifadə üçün yararlı olan insanların hər birindən 150-200 qram qan götürülüb. 120-yə yaxın könüllünün qatıldığı xeyriyyə tədbirinin keçirilməsində məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkənlərə yardım etməkdir. 

Məleykə Əliyeva- Mərkəzi Qan Bankının Gəncə bölməsinin baş tibb bacısı: “Qanın ermasta hissəsi talassemiya xəstələrinə, plazma hissəsi isə hemofiliya xəstələrinə istifadə edilir. Bölgə üzrə 120, Gəncə üzrə isə 60 talassemiya xəstəsi, eləcə də bölgə üzrə 31 hemofiliya xəstəmiz var”.

Aksiyada iştirak edənlərdə bunun xeyirxah bir iş olduğunu bildirirlər.

Qəzənfər Əliyev- aksiya iştirakçısı: “Könüllü olaraq qan verməyə gəlmişəm. Mütamadi olaraq gəlirəm. Kimin qana ehtiyacı varsa onlar üçün qan verirəm”. 

Aksiyada iştirak edənlər gün ərzində Mərkəzi Qan Bankının Gəncə Bölməsinə müraciət edə bilərlər.

Elnur Vahidoğlu