• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 04.11.2014 14:22

Tovuzun Alakol kəndində yeni dayanacaq inşa olunub

Bu da rayon mərkəzindən 25 km uzaqlıqda yerləşən kənddən rayona gedib-gələrkən sakinlərə xidmət edəcək. Dayanacağı Alakol kənd sakinləri Tural və Turqay İmanquliyevlər vəsaitləri hesabına tikdiriblər. Müasir dayanacaq insanların rahat şəkildə avtomobil gözləməsi üçün nəzərdə tutulub. Kənd sakinləri də bu addımı yüksək qiymətləndirlər. Onlar İmanquliyevlərin dayanacağı ehsan olaraq tikdirdiklərini və bu cür ənənələrin digər kəndlərdə davamlı olmasını arzulayırlar.