• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 04.11.2014 12:52

AMEA-nın Gəncə bölməsində Distant Təhsil Mərkəzi yaradılıb

Doktorant və dissertantların məsafədən təhsil almasını, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulmasını təmin etmək məqsədi ilə AMEA-nın Gəncə bölməsində Distant Təhsil Mərkəzi yaradılıb. Burada onlayn formada aparılan dərslərdən gənc mütəxəssislər də razılığını bildirir.

Gəncədəki alimlərin və gənc tədqiqatçıların beynəlxalq elmi bazalara çıxışını təmin etmək üçün AMEA-nın Gəncə bölməsində şəbəkə infrastrukturu yaradılıb. Burada həmçinin İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi istifadəyə verilib. DTM Bakı ilə Gəncə arasında elm və təhsil körpüsü rolunu oynayır, doktorant və dissertantların məsafədən təhsil alması, online seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması üçün geniş imkanlar yaradır.

Fərhad Mirzəyev- AMEA-nın Gəncə bölməsinin İnformasi Texnologiyaları şöbəsinin müdiri: “AMEA-nın Gəncə bölməsində yaradılan bu şəraitdən, bu avadanlıqlardan nəinki alimlər, hətta dövlət strukturları da istifadə edə bilər. Bu avadanlıqların vasitəsi ilə biz dünyanın müxtəlif təşkilatları ilə canlı yayım yaradıb məlumatlar toplaya bilərik. Dünyanın müxtəlif kitabxanaları ilə əlaqə yarada bilərik, hansısa treninglər ola bilərsə, biz onları da təşkil edə bilərik".

Bununla yanaşı DTM gənc mütəxəssislərin təhsil problemini də nəzərə çarpacaq dərəcədə asanlaşdırır.  

Gülnar Gondolava- doktorant: "Bizə bu distant təhsili almaq imkanı yaratdıqları üçün hər kəsə minnətdaram. Distan təhsil bizə məsafədən təhsil almaq imkanı yaradır. Uzaq yol getmək, yad yerdə qalmaq kimi problemlərdən azad edir".

DTM-də təşkil olunan dərslərdə 4 universitet və 6 elmi-tədqiqat institutunun 120-yə yaxın gənc alim və doktorantları iştirak edir.

Gülnar Fazilqızı