• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 03.11.2014 16:07

Gəncədə erkən yaşlarda uşaqlara qulluq və peyvəndlərin zəruriliyi adlı seminar təşkil olunub

Gəncə şəhər Səhiyyə İdarəsində erkən yaşlarda uşaqlara qulluq və peyvəndlərin zəruriliyi adlı seminar təşkil olunub. Toplantıda bağça müəllimləri, hekim pediatrlar və valideynlər iştirak edib.

Anaların tibbi maariflənməsi məqsədi ilə təşkil olunan seminar üç hissədən ibarət olub. Birinci hissədə uşaqların düzgün qidalandırılması, ana südü və onun faydaları, həmçinin peyvəndləmə, ikinci hissədə uşaqlarda rast gəlinən qurd xəstəlikləri, üçüncü hissədə isə həkim məsləhəti olmadan istifadə edilən antibiotiklərin yarada biləcəyi fəsadlardan danışılıb. Layihənin məqsədi anaları və onların övladlarını yayıla biləcək xəstəliklərdən qorumaq, eləcə də onları maarifləndirməkdir.

Sevinc Məmmədova- pediatr: “Analarla bağlı problemlərlə çox üzləşirik və bu problemlərin aktuallığını nəzərə alaraq, bele layihə hazırlamağı qərara aldım. Həmin layihəni bilik fonduna göndərdim. Bu da evdar qadınların və gənc anaların maarifləndirilməsi ilə bağlıdır”.

Seminar çərçivəsində uşaqlar üçün düzgün gün rejiminin seçilməsinin vacibliyi önə çəkilib. Burada həm onların yuxu, həm də qida rejimi nəzərdə tutulur. Sonda isə həkimlər bir daha analara körpələrini yalnız ana südü ilə qidalandırmağı tövsiyə ediblər. Çünki, gələcəkdə yarana biləcək bütün xəstəliklərin sığortasıdır ana südü...