• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 03.11.2014 16:07

Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial Məişət Xidməti Sektoru 450-ə yaxın kimsəsiz, ahıl, eləcə də əlil vətəndaşa xidmət göstərir

Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial Məişət Xidməti Sektoru qeydiyyatda olan 450-ə yaxın kimsəsiz, ahıl, eləcə də əlil vətəndaşa xidmət göstərir. Bundan başqa bu il sektor tərəfindən 60-a yaxın əlil respublikanın müxtəlif müalicə sanatoriyalarına göndərilib.

Hazırda Gəncədə ahıl insanların qulluğunda 37 sosial işçi durur və  onlar 434 tənha, kimsəsiz qocaya, eləcə də 34 kimsəsiz əlilə sosial xidmət göstərir.

Tamaşa Tağızadə- Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial Məişət Xidməti Sektorunun müdiri: “Evdə olan tənhalara gigiyena cəhətdən qulluq olunur. Hansısa idarə təşkilatdan əlaqəli işləri varsa və yaxud da tənhaya bazarlıq lazımdısa onlar bizim sosial işçilər tərəfindən görülür”.

Bundan başqa sektoru cari ildə 54 əlilin Respublikamızda olan müxtəlif müalicə sanatoriyalara göndərilməsini də təmin edib. Hansı ki, bu onların sağlamlığında özünü müsbət tərəfdən göstərib.

Elşən Bağırov- ikinci qrup əlil: “Bu il iyun ayında Gəncə şəhər Sosial Müdafiə Mərkəzi tərəfindən Naftalan şəhərində sanatoriyada oldum. 15 gün müddətində çox gözəl müalicələr keçirdim. Bütün ağrılarım azalıb”.

Müalicə sanatoriyalarına əsasən əsəb xəstələri və oynaq ağrılarından şikayəti olanlar göndərilir.

Elnur Vahidoğlu