• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 03.11.2014 12:23

Daşkəsəndə odun sobası ilə qızdırılan məktəblər çoxluq təşkil edir

Qarlı- şaxtalı aylarda Daşkəsəndə ümumtəhsil məktəblərinin böyük əksəriyyəti odun yanacağı ilə qızıdırılacaq. Səbəb sözügedən rayonda kəndlərin qazlaşdırılmamasıdır. Buna baxmayaraq yerli Təhsil Şöbəsinin rəsmləri məktəblərin normativə uyğun olaraq odun yanacağı ilə təchiz olunduğunu deyir.

Daşkəsən rayonunda məktəblərin qışa hazırlığı başa çatıb. Digər rayonlardan fərqli olaraq burada fəaliyyət göstərən 44 məktəbin cəmi 14-də qazanxana sistemi yaradılıb. Yerdə qalan 30 məktəb isə həmişə olduğu kimi bu il də odun yanacağı ilə qızdırılacaq. Həmin məktəblər isə əsasən kəndlərdə yerləşir. Rayon Təhsil Şöbəsinin müdir müavini Rizvan Ələsgərovun sözlərinə görə, hələ bir ay əvvəldən sinif otaqlarının istiliklə təchizatı məsələsi həll edilib.

Rizvan Ələsgərov- Daşkəsən rayon Təhsil Şöbəsinin müdir müavini: “Məktəblərimiz odun yanacağı ilə tam təmin olunub. Müstəqil qazanxanalar qışa hazır vəziyyətə gətirilib. Biz ümid edirik ki, qışın sərt keçməsinə baxmayaraq hava şəraiti tədrisin keyfiyyətinə heç bir mənfi təsir göstərməyəcək”.

Dövlət proqramına uyğun olaraq Daşkəsən rayonunda qəzalı vəziyyətdə olan bir neçə məktəb üçün yeni bina inşa olunacaq. Həmin məktəblərin yenilənməsi ilə istilik məsələsi də həll ediləcək.

Natiq Hüseyn