• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 03.11.2014 12:13

Leysan yağış Tovuzdan da yan ötməyib

Ötən gün güclü külək, leysan yağış Tovuzdan da yan ötməyib. Axşam saatlarından başlayaraq dağ kəndlərinə qar da yağıb. Qar daha çox Böyük Qışlaq, Çeşməli, Göyəbaxan, Pələkli kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, adıçəkilən yaşayış məkanlarında qarın qalınlığı 8-10 sm-ə çatıb. Qarın yağması rayon kəndlərində heç bir problem yaratmayıb.  Yollara qum və duz səpilib ki, bu da kəndlərə gediş-gəlişdə çətinliklər yaratmayıb.