• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 02.11.2014 15:20

Azərbaycanın gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi yeni qaydalarla aparılır

Noyabrın 1-dən Azərbaycanın gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi yeni qaydalarla aparılır. Sınıq Körpü buraxılış məntəqəsində artıq bu sistemdən istifadə olunur. Qaydalara əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı – “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemləri tətbiq olunur. Müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla, “Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur. “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir.