• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4053
— 31.10.2014 11:53

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatmasının vaxtı bəlli olub

Noyabrın 12-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatması olacaq.

Azərbaycan millisinin 1 addımlığında olduğu yarışda 16 komanda rəqibini tanıyacaq. 

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 19:00-da Belçikanın Antverpendə təşkil olunacaq. 

Belçika və Hollandiyada baş tutacaq AVRO-2015-ə qatılacaq yığmalardan artıq 13-ü bəllidir. Yarışda ev sahibləri ilə yanaşı, Rusiya, Almaniya, Serbiya, Xorvatiya, İtaliya, Türkiyə, Polşa, Çexiya, Bolqarıstan, Macarıstan və Rumıniyanın iştirakı dəqiqdir.

Digər 3 vəsiqənin taleyinə isə pley-offda aydınlıq gələcək. Bunlardan birinə Azərbaycan yığması sahib ola bilər. Komandamız gələn ilin mayında Slovakiya ilə qarşılaşmada məsələyə tam aydınlıq gətirəcək. Digər pley-off cütlərində Belarus Ukrayna ilə, Sloveniya Fransa ilə üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2015 sentyabrın 26-da start götürüb, oktyabrın 4-də başa çatacaq. Oyunlar Hollandiyanın Rotterdam, Apeldorn, Eyndhoven, Belçikanın “Antverpen” şəhərlərində baş tutacaq.