• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2553
— 16.01.2017 16:46

"Qarabağ dünən, Qarabağ bu gün, Qarabağ sabah" filminin təqdimatı keçirilib

KepezTV Player

 Gəncədə təqdimatı keçirilən film işğal altındakı əzəli Azərbaycan torpağının tarixdən bugünkü reallığa qədər olan dövrünü əhatə edir. Ekran işində Qarabağda baş verənlər barədə həqiqətlərin ictimailəşdirilərək, dünya miqyasında təbliğinə də toxunulur. Azərbaycan Prezidenti yanında Gənclər Fondu, Azərbaycan-Slavyan Gənclər Assosiasiyası və ARB-nin birgə layihəsi əsasında hazırlanan yarım saatlıq film Qarabağ salnaməsini tam və dolğun şəkildə əks etdirib. Təqdimat Gəncə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Xəyalə Mürsəl