• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3233
— 14.01.2017 17:24

Aİ-95 yanacağının qiyməti 10 qəpik bahalaşıb

KepezTV Player

Məlum olduğu kimi, ölkədə dəyəri markasındakı rəqəmə bərabər olan Aİ-95 yəni premium yanacağının qiyməti 10 qəpik bahalaşıb. Bəs yeni tarif istifadəçilərə, yanacaqdoldurma məntəqələri və avtomobil bazarına necə təsir edib?

Gəncədə premium markalı yanacağa tələbat azdır. Şəhərdə yanacaqdoldurma məntəqələrinə yan alan sürücülərin əksəriyyəti avtomobillərinə Aİ-92 tökdürür.
 

Sürücü: “Mən ondan istifadə etmirəm”

Sürücü: “Aİ-92 işlədirəm”

Şəhərdəki yanacaqdoldurma məntəqələrinin əksərində heç premium markalı benzin satılmır. Aİ-95 satanların özləri belə etiraf edir ki, elə əzəldən bu yanacağa tələbat az olub. 


Fariz Səfərov- yanacaqdoldurma məntəqəsinin nümayəndəsi: “Mənim növbəmdə tutaq ki, 100 maşına xidmət edirəmsə, onun 30%-i Aİ-95 vurdurur. Yerdə qalan 70%-i Aİ-92 vurdurur. Qarışdıranlar da olur. Bir az ondan vurur, biraz da bundan”.

Yanacaqdoldurma məntəqələrinin nümayəndələrinin sözlərinə görə, vəziyyət 1 həftədən sonra məlum olacaq. Premium yanacağın qiymətinin qalxması Aİ-92 markalı benzinə tələbatı artıracaq, ya yox? Bu, təxminən 1 həftə sonra bilinəcək.

Lakin, sürücülər premium yanacağın qiymətinin 10 qəpik artması, Aİ-92 istifadəçilərinin sayını artıracağı fikrindədir. 

Sahib Verdiyev- sürücü: “Mən həmişə qatırdım, çünki, keyfiyyətlidir Aİ-95. Yəqin ki, hansı ucuzdur ondan istifadə edəcəyik artıq. Mənim fikrim belədir ki, Aİ-92 - yə tələbat getdikcə artacaq”.

Fariz Səfərov- yanacaqdoldurma məntəqəsinin nümayəndəsi: “Premiumun qiyməti qalxdığına görə hələ ki, Aİ-92-yə tələbat artmayıb”.

Vəziyyətin avtomobil bazarına təsiri də ehtimallar sırasındadır. Alqı-satqı aparanlar Aİ-95-lə işləyən avtomobillərin Gəncənin avtomobil bazarının 40%-ə yaxınını təşkil etdiyini deyir.

Firuz Əliyev- avtomobil alqı-satqısıyla məşğul olan: “Alqı-satqıda hələ ki, elə bir dəyişiklik yoxdur. Vəziyyət əvvəlki kimidir”.

Rövşən Cəlilov- avtomobil alqı-satqısıyla məşğul olan: “Təbii ki, avtomobil bazarına mənfi təsir edir. Premiumla işləyən avtomobillərin çoxu qiymət fərqinə varır. Müəyyən bir müddət çaşqınlıq yaranacaq, ucuzlaşma olacaq. Almaq istəyələr Aİ-92 ilə işləyənə can atacaq. Satıcılar isə imtina hallarını görüb istər- istəməz maşının qiymətini əhəmiyyətli dərəcədə endirməli olacaq”.

Ekspertlərə görə, premium markalı benzinin qiyməti dünya bazarında bu növ yanacağın qiymət tendensiyası və Azərbaycanda manatın dollara nisbətindən asılı olaraq dəyişə bilər.

Xəyalə Mürsəl