• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4170
— 28.10.2014 17:54

Toskani şəhərində kişilər arasında kikboksinqin WKA versiyası üzrə dünya çempionatı keçiriləcək

Oktyabr ayının 30-dan noyabrın 3-dək İtaliyanın Toskani şəhərində kişilər arasında kikboksinqin WKA versiyası üzrə dünya çempionatı keçiriləcək.

Yarışda iştirak edəcək Azərbaycan millisinin heyətində Gəncə idmançıları da yer alıb.

Mundialda Nizami Yurdunun 5 təmsilçisi qalib adı uğrunda yarışacaq.  Yığmanın tərkibində şəhərimizdən 1 və 2 nömrəli Uşaq Gənclər İdman Məktəbinin yetirmələri çıxış edəcək. 64 kq çəki dərəcəsində məşqçi Etibar Məmmədovun yetirməsi Elnur Dəryagir yarışda Azərbaycanın himnini səsləndirməyə çalışacaq. Digər idmançılar isə dünya çempionatına əməkdar məşqçi Albert Qəribovun rəhbərliyi ilə hazırlaşıb. 70 kq çəkidə Azər Məmmədov və 91 kq + Qalib Bayramov yarışın digər iştirakçılarıdı. Veteranların mübarizəsində 80 kq-da Qəribovun özü də rinqə çıxacaq. Onunla yanaşı bu yaş qrupunda 85 kq + də İlham İrani bacarığını göstərəcək.

Qeyd edək ki, dünya çempionatına milli komandamız ümumilikdə 40-a yaxın idmançı ilə qatılacaq.