• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1807
— 18.11.2016 14:57

Gəncədə Fazil Sənanın 3 kitabının təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində yazıçı-publisist Fazil Sənanın 3 kitabının təqdimatı olub. Yazarın “Gözlə qayıdacağam”, “Ədəbi düşüncələr” və “Əzraillə rəqs” adlı kitabları ədiblər tərəfindən maraqla qarşılanıb. Bu günədək 14 kitabın müəllifi olan Fazil Sənanın yazdığı əsərlərdə Azərbaycan xalqına məxsus müsbət keyfiyyətlər və əsrarəngiz həyat hadisələri öz əksini tapıb. Yaxın günlərdə yazıçının 15-ci kitabı işıq üzü görəcək.

Mehman Abbaszadə