• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4429
— 27.10.2014 15:58

Gəncədə aikido üzrə beynəlxalq seminar keçirilib

Üç gün davam edən təlimlər Azərbaycan Texnologiya Universitetinin idman sarayında 7-ci dan qara kəmər ustası Nəbi Vural tərəfindən aparılıb. Avro-Asiya Aikido Federasiyasının texniki direktoru olan türkiyəli mütəxəssis seminar müddətində müxtəlif fəndlərin tətbiqi, taktiki yeniliklər haqda məlumatlar verib. Nəbi Vural aikidoçularla təcrübəsini bölüşüb. 

Seminara Rusiya, Ukrayna, Türkiyə, Fransa və Azərbaycanın bölgələrindən ümumilikdə 100-ə yaxın aikidoçu qatılıb. Təlimlərdə müxtəlif yaş qruplarından olan kişi və qadın idmançılar iştirak edib.

Yevgeni Rizniçenko- rusiyalı aikidoçu: "Seminar çox yaxşı təşkil olunub. Burada yaradılan şərait məni qane etdi. Zal və tatami istənilən səviyyədədir. Gəncənin də gözəl, görməli yerləri var. Bu seminarda iştirak etdiyim üçün çox şanslıyam".

Seminarın sonunda ayrı-ayrı kəmər dərəcələri üzrə imtahan verən aikidoçular müvafiq diplomla təltif edilib. Tədbir idmançıların nümunəvi çıxışları ilə başa çatıb. Xatırladaq ki, Nəbi Vural 9 il öncə də təlim keçmək üçün Nizami yurdunda olub.

Orxan Cəfərzadə