• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3770
— 10.11.2016 15:11

Şəmkirdə Beynəlxalq Tolerantlıq gününə həsr olunan görüş keçirilib

Şəmkir rayonu da azsaylı xalqların məskənlərindən biridir. Hazırda rayonda 16 müxtəlif millətin nümayəndləri yaşayır. Onların yaşam səviyyəsinin yaxşılaşdırılması üçün mütəmadi olaraq yeni layihələr həyata keçirilir. Şəmkirdə Beynəlxalq Tolerantlıq gününə həsr olunan görüşdə həm də rayonun almanların qədim yaşayış məskəni kimi tanındığına diqqət çəkilib. Azərbaycanda tolerantlığın qorunduğu, bu baxımdan dünyaya örnək olduğu, müxtəlif dinlərdən olan nümayəndələrin bir ailə kimi yaşadığı qabardılıb. Azsaylı xalqların nümayəndləri də ölkəmizdə multikultural ənənələrə verilən önəmi yüksək dəyərləndirib. 

Sona Əliyeva- millət vəkili: “Təbii ki, Şəmkiri tolerantlıq mənbəyi və mərkəzi saymaq olar. Çünki, 200 il bundan əvvəl almanlar burada məskən salıb, İkinci Dünya Müharibəsinə qədər yerli əhali ilə birgə yaşayıblar. Hal-hazırda əhali ilə sıx qohumluq əlaqələri var. Onların nümayəndərləri hələ də Şəmkirdə yaşayır. Məqsədimiz bu yaxşı münasibətlərin tanıdılmasıdır”.

 Fəxrəddin Vəliyev- YAP Şəmkir rayon Təşkilatının sədri: “Azərbaycanda çoxsaylı xalqlar və millətlər yaşayır. Bu millətlərin və xalqların ayrı-ayrı dinləri olsa da, bir-birlərinə qarşı münasibətləri çox yaxşıdır. Necə deyərlər, bunların bir-birləri ilə qohumluq əlaqələri çox güclüdür”.

Natiq Hüseyn