• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 964
— 09.11.2016 17:16

Azərbaycan və gürcü aqronomları subtropik meyvələrin araşdırılıması məqsədi ilə Gəncədə bir araya gəliblər

Subtropik bitkilərin yetişdirilməsinə elmi yanaşma və praktiki mübadilə. Gəncədə bir araya gələn azərbaycanlı və gürcü aqronomlar Azərbaycanda və Gürcüstanda yetişdirilən bu növ meyvələrin ərsəyə gəlməsindəki fərqlilikləri araşdırıb, özü də Azərbaycan Dövlət Aqrar Universitetinin istixanalarında. Bitkiçi alimlər yerli və xaricdən gətirilən subtropik, eləcə də ərazi üçün spesifik olmayan bitkilərin yetişdirilməsi ilə tanış olub, xəstəliklərə qarşı mübarizə tədbirləri barədə məlumatlandırılıb, rayonlaşdırılması istiqamətində görülən işləri müzakirə ediblər. Gürcüstanlı mütəxəssislər bir neçə növdə gətirdikləri limon tinglərini universitetin istixanalarında əkiblər. Eləcə də balıqçılıq və quşçuluq laboratoriyalarında elmi və praktiki təcrübələrin aparılması üçün yaradılan şərait ilə tanışlıq da olub.

Aleksandr Mikeladze -Gürcüstan Dövlət Universitetinin subtropik təsərrüfat fakültəsinin professoru: "Bizim məqsədimiz hər iki ölkənin aqrar sahəsində çalışan mütəxəssislərin fəaliyyətini yaxınlaşdırmaq, elcə də bitkiçilik və meyvəçilik sahəsində aparılan təcrübələri bölüşməkdir. Bu ali təhsil ocağında tələbələrin və elmi işçilərin öyrənməsi üçün müxtəlif sahələr üzrə şərait yaradılıb. Gətirdiyimiz limon tinglərini də əkdik ki, tələbələr dərs keçən zaman bu ağac üzərində təcrübə aparıb subtropik meyvələrdən olan limon haqqında dərin məlumatlara sahib olsunlar”.

Xaliq Qurbanlı