• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4040
— 09.11.2016 17:15

Ağstafa sakinləri “Vətənin müdafiəsinə hazıram” dedi

Ağstafa sakinləri də “Vətənin müdafiəsinə hazıram” deyib. Özü də dövlət bayrağı günündə. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi mərasimdə regionun lider ordusunun döyüş qüdrətindən, igid vətən oğullarının qəhrəmanlığından, maddi-texniki təminat, Silahlı Qüvvələrin Ali Baş Komandanın istənilən əmrini yerinə yetirmək iqtidarından söz açılıb. Yeniyetmə və gənclərin ordu sıralarında xidmətə hazırlanması, onların vətənpərvərlik tərbiyəsində böyümələri də ordunun gücünün yüksəlməsi işinə xidmət edir. Məhz hərbi biliklərə tam yiyələnən mübariz gənclərin sayəsində bu gün bayramını etdiyimiz bayrağımızın işğal altındakı torpaqlarda dalğalanacağına əminlik ifadə edilib. Dövlət xidməti tərəfindən bir qrup şəxslərin təltif edilməsindən sonra bayram gününə təsadüf edən tədbir vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam edib.

Natiq Hüseyn