• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3735
— 08.11.2016 15:47

Fransanın Yuxarı Alzas Universitetinin nümayəndələri GDU-da olublar

Fransanın Yuxarı Alzas Universitetinin nümayəndələri Gəncə Dövlət Universitetində olublar. Hər iki ali təhsil ocağının birgə əməkdaşlığı çərçivəsində 2015-ci ildə Yuxarı Alzas Universitetində Nizami Gəncəvi kafedrası açılıb. Gəncədəki görüşdə kafedranın Fransadan olan əməkdaşları Nizami Gəncəvinin yaradıcılığı, fəlsəfi baxışları barədə elmi işlərini müzakirə ediblər. Dahi şairin əsərlərinin Avropada təbliği, bu sahədə universitetlər arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qreta Komortileyeva- Fransanın Yuxarı Alzas Universitetinin dekanı: “Nizami Gəncəvinin doğulduğu və yaşadığı şəhərdə olmaq mənim üçün qürurvericidir. Orta əsrlərdə Avropanın cəhalətə qərq olduğu bir vaxtda dahi şairin yaradıcılığında qadınların cəmiyyətdə rolunu yüksək qiymətləndirməsini və zərif cinsin nümyəndələrini yüksək fəlsəfi fikirlərlə təbliğ etməsini araşdırırıq. Elmi işlərimizi bu yöndə aparırıq. Etiraf edim ki, Nizami yaradıcılığında çətin fəlsəfi fiklərlər var. Bura gəlməyimizdə əsas məqsədlərdən biri də bunu yerli mütəxəssislərlə birgə araşdırmaqdır”.

Xaliq Qurbanlı