• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3748
— 05.11.2016 15:38

Şəmkirdə işgüzar forum keçirilib

Bu ilin sonuna 12 rayonda, 2019-cu ilin sonunadək isə respublikanın bütün kənd və rayonlarında torpaqların elektron kadastr uçotu işlərini yekunlaşdırılacaq. Şəmkirdə Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı keçirdiyi işgüzar forumda bu barədə məlumat verilib. Ölkənin 3,19 milyon ha ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması işi davam etdirilir. Tədbirdə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı təqdimat keçirilib. Bu layihə çərçivəsində reallığı tam əks etdirən kadastr xəritələri tərtib olunacaq. Bununla da hüquqların qeydiyyatı prosesindəki bir çox çatışmazlıqlar öz həllini tapacaq.

Natiq Hüseyn