• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3628
— 04.11.2016 14:25

Bazarlarda göyərtinin qiyməti bahalaşıb

Bir müddətdir dəyişkən keçən havalar bazarlara da təsirsiz ötüşməyib. Bəzi kənd təsərrüfatı məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Ələlxüsus da göyərtinin alıcıları bunun açıq hiss edildiyini deyir.

Alıcı: “Bəli, qiymətlər bahalanıb. Baha alırıq, baha da satırıq. Əvvəl 10 qəpiyə aldığımız göyərtini, indi 20-30 qəpiyə alırıq”.

Satıcı: “Reyhan, turp, ispanaq bahalaşıb. Hər dəstədə 20 qəpik fərq edib. Əvvəl alırdıq 40 qəpiyə, indi alırıq 50 qəpiyə, satırıq 60 qəpiyə”. 

Satılanların artan qiyməti alıcılar kimi satıcıları da qane etmir. Təsərrüfatçıların artırdığı qiymət bazara çıxarılan məhsulun satışda fəqlilik yaradıb. 

Bazarda tələb-təklif prinsipi ilə formalaşan qiymətlərə əlavə təsirlərin olduğu da qaçılmazdır. İndiki halda bu, hava şəraiti ilə əlaqələndirilir. 

Məmməd Urkayev- iqtisadi ekspert: “Yayda məhsullar yığılır, birbaşa bazara gəlir. Qışda isə logistik sistemdən istifadə olunur. Məhsulların anbarlarda saxlanma xərcləri, anbardan bazara daşınması məhsulun qiymətinin üstünə gəlir, ona görə də onların qiyməti artır. Göyərti qışda sellofan altında yetişdirilir, düzdür yağış yağanda ona su dəymir, ancaq gün işığı düşmür deyə məhsul inkişaf etmir. Belə olanda istənilən anda bazarda tələbat yaranır. Bu da qiymətlərə təsirsiz ötüşmür”.

Bazarlarda göyərtidən fərqli olaraq, meyvə-tərəvəzin qiymətində o qədər də artım müşahidə olunmur. Sadəcə kartofun hər kiloqramında 10 qəpik artım edilib.   

Yalnız meyvələrin qiyməti stabil olaraq qalır, hətta alma, banan, portağal kimilərində ucuzlaşma da müşahidə edilir:

Alma: 3-4 kq - 1 manat

Banan: 1 kq - 1.40 - 1.70 manat

Portağal: 1 kq - 1.50 - 1.80 manat

Elton Cabbarlı