• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 998
— 03.11.2016 12:48

Gəncədə ev quşlarından qan nümunələri götürülür

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti havaların soyuması ilə əlaqədar köçəri quşların miqrasiya etdiyi ərazilərdə quş qripi ilə əlaqədar monitorinqlərə start verib. Bununla əlaqədar olaraq şəhər və rayonlarda da fərdi və fermer təsərrüfatlarında saxlanılan ev quşları arasında yoluxucu xəstəliklərə qarşı qan nümunələri götürülüb. Gəncə şəhər Baytarlıq İdarəsi də fərdi təsərrüfatlarda saxlanılan 15 mindən artıq ev quşu arasında qeyd olunan xəstəliyə qarşı profilaktik tədbirlər aparır.

Bayandur Rzayev -Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: “Əhalinin fərdi təsərrüfatlarda və həyətyanı sahələrdə saxladığı ev quşlarından 32 ədəd qan nümunələri götürərək respublika baytarlıq laboratoriyasına göndərilib. Nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Hal- hazırda elə bir xəstəliklə rastlaşmamışıq. Hər hansı bir xəstəlik aşkarlanarsa dərhal qarşısını almağa hazırıq”.

Elton Cabbarlı