• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3950
— 02.11.2016 11:13

Ermənilər Ağstafaçay su anbarını zərərli maddələrlə çirkləndirirlər

Qazaxın Ermənistanla həmsərhəd kəndində yerləşən Ağstafaçay su anbarını düşmən ölkədən başlayan çaylar 104 km məsafədə 5 qol vasitəsi ilə qidalandırır. Ermənilər çaylara qəsdən zərərli məhsullar atırlar, nəticədə su hövzəsi çirklənir, suyun rəngi dəyişir. Anbarın suyundan Qazax, Ağstafa, Tovuz sakinləri istifadə edirlər. Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsindən bildirilir ki, su anbarının ətrafında təmizlik işləri aparılsa da, çaylarda su artıqca zərərli maddələr yenidən əraziyə daxil olur. Ermənilərin ekoloji terrora məruz qoyduğu çaylarda aparılan monitorinqlər nəticəsində də suyun tərkibindəki spesifik çirkləndiricilərin həddindən çox olduğu müəyyənləşib.

Rahim İbrahimoğlu