• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2391
— 01.11.2016 12:28

Bu il qərb bölgəsində xurma bol, qiymət isə bahadır

Bu il xurmanın qiymətinin qalxması Ağstafa və Tovuzlu təsərrüfatçıları sevindirib. Keçən il yeşiyi 2 manata satılan meyvənin qiyməti bu il bir yeşik üçün 3 manatdır. Hazırda şərq və şişburun növlərin yığımı aparılır. Bağlardan dərilən xurma elə həyətlərdə qablaşdırılaraq Rusiya və Ukrayna bazarlarına göndərilir. Ağstafa və Tovuzda 300 hektardan çox xurma bağları mövcuddur. 

Rahim İbrahimoğlu