• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3755
— 31.10.2016 15:08

Tovuzda “Gözlərə nur verək” adlı aksiya keçirilib

 “Gözlərə nur verək” devizi altında akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin həkimləri Tovuzda sakinlərə səyyar xidmət göstərib. Gözündən şəkayəti olanlar profilaktik yoxlamadan keçirilərək müvafiq diaqnoz qoyulub, uyğun müalicə təyin edilib. Əməliyyata ehtiyacı olanlardan isə laborator analizlər götürüldükdən sonra cərrahiyyə masasına uzadılıb. Aksiya iştirakçılarında daha çox katarakta, revraksiya patalogiyası kimi göz xəstəlikləri aşkar olunub. Onlardan 20 nəfərinin gözündə kataraktanın ekstraksiyası əməliyyatı aparılıb. Səyyar xidmət zamanı mümkün olmayan əməliyyatlar Milli Oftolmologiya Mərkəzində həyata keçirilməsi üçün qeydə alınıb. İki gün davam edən sağlamlıq aksiyasında 300-ə yaxın rayon sakini müayinə olunub. Gözə nur vermək üçün aksiyasının ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulur.

Elnur Vahidoğlu