• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1802
— 24.10.2016 15:38

Ölkədə yarımfabrikat məhsulların istehsalının genişləndirilməsinə ehtiyac var

Bu həm yerli bazarı təmin etmək, həm də xaricə məhsul ixracı baxımından önəmlidir. Yüksək keyfiyyətin əldə olunması isə valyutanın xaricə axmasının qarşısını alacaq. Bu məqsədlə iş adamlarının üzərinə mühüm vəzifə düşür.

İstehlakçı: "Vaxt olmur. İşçi adamam. Bu sərf edir. Gəlirik evə tez qaynar suya tökürük. Uzağı 10 dəq hazır olur

İstehlakçı: "Biz evdə kotlet sevirik. Bu da hazır olduğundan işlə əlaqəli olaraq evdə tez- tez istifadə edirik".

Söhbət yarımfabrikatlardan gedir. Öncə qeyd edək ki, hər bir məhsul yarımfabrikat formasına salına bilər. Yarımfabrikatlar istehlak edilmədən öncə əlavə kulinar emala ehtiyacı olan qida məhsullarıdır. Asan və tez hazırlanaraq istehlakçıların vaxta qənaət etmələrinə imkan verən bu məhsullar artıq istehlak bazarında xüsusi paya malikdirlər. Ancaq yarımfabrikatlara tələbat olsa da bazarda yerli istehsalın təklifi demək olar ki, yoxdur.

Ölkəmizə əsasən Rusiyadan yarımfabrikatlar daxil olur. Son dövrlərdə Türkiyədən daxil olur. Ancaq bu yarımfarikatların uzun müddət saxlanılması mümkün deyil. Bununla yanaşı yarımfabrikatlar arasında xüsusi çəkiyə malik olan quş ətindən bir neçə çeşiddə məhsul hazırlana bilər. Ölkədə faktiki olaraq mövcud olan 22 iri quşçuluq təsərrüfatından 15-də broylerlər hissələrə bölünmüş və yarımfabrikat şəklində istehsal olunur. Bunlardan isə yalnız 3- də bu proses daha təkmil formada həyata keçirilir. Yeddi iri və 2500- dən artıq xırda təsərrüfatda isə broylerlər bütöv halda istehsal edilir. Belə halda təsərrüfatçılar istehlakçılar üçün geniş seçim imkanı yarada bilmir və alıcılıq qabilliyəti aşağı düşür. İstehsal üçün müasir texnologiyaların quraşdırılması isə sahibkarlar üçün əlavə xərc deməkdir.

Ülkər Hüseynova -təsərrüfatçı: "Onu diri halda satmaq daha sərfəlidir. Kəsimə saxlamağa çox pul gedir”.

Deməli bu məhsulların ölkədə geniş istehsalını təşkil etmək vacibdir. Satış yerlərində iaə adətən kiçik müəssisə və fərdi şəxslərin istehsal etdiyi xəmir yeməkləri-xəngəl, əriştə, düşbərə satılır. Ancaq təəssüf ki, heç biri çəkiliş üçün razılıq vermədi. Sadəcə olaraq tələbatın çox olduğunu istehsalın isə onu təmin etmək gücündə olmadığını bildirdilər.

Mərdan Tağıyev -texnika elmləri üzrə fəlsəfə doktoru: "Xırda kəsim yerlərində istehsal olunan məhsulları kiçik sexlərə çevirməklə sənaye formasına salmaq, həm də bu üsulda məhsulların təhlükəsizliyini təmin etmək daha asan olur. Bu da gələcəkdə bu sahənin inkişafına geniş imkanlar aça bilər.

Gəlirli sahələrdən sayılan yarımfabrikat istehsalının genişləndirilməsi üçün mütəxəssislər sahibkarların maarifləndirilməsini vacib sayır. Sahibkarlar isə bu sahəyə dövlət dəstəyinin artırılmasını istəyir.
Jalə Qurbanova