• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 945
— 19.10.2016 15:36

Gəncədə tələbələrin tarix elmi üzrə bilikləri sınaqdan keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan 42 nəfərin intellekt səviyyəsi münsiflər heyəti tərəfindən ünvanlanan 50 sualla yoxlanılıb. Dünya tarixindən verilən cavablar 1 balla qiymətləndirilib.

Azad Bayramov- ADAU-nun kafedra müdiri: “Bugünkü gənclər sırf  ixtisas biliklərinə yiyələnmək yox, cəmiyyət üçün böyük təfəkkürə malik, sərbəst düşünmək qabiliyyətini bacaran gənclər kimi yetişməlidir. Çünki, ulu öndərimiz deyirdi: “Gənclər bizim gələcəyimizdir” - bəli, gələcəyimizi idarə edənlər gənclərimiz olacaq.”

“Müasir Azərbaycan və Heydər Əliyev” adlı bilik yarışının universitetin 7 fakültəsi üzrə qaliblərinə sertifikatlar təqdim olunub.

Sadiq Səfərov- layihənin rəhbəri: “Bu layihəni keçirməkdə məqsədimiz tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, düzgün formada keçirilməsidir”.

Vüsalə Camal