• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 15.10.2016 15:28

“ASAN” könüllüləri Samuxda pambıq yığıb

“ASAN” könüllüləri pambıq sahələrində. Xidmətin Gəncə Mərkəzinin təmsilçiləri Samuxda pambıq yığımına cəlb edilib. 50-yə yaxın könüllü gün ərzində hərəyə 10 kq-a yaxın yığım etməklə ümumi prosesə öz töhfələrini veriblər. Gəncəbasar bölgəsində ağ qızılın sahələrdən vaxtında və itkisiz  yığılmasına kömək məqsədi daşıyan aksiya çərçivəsində sahədən 400 kq-dan artıq məhsul toplanaraq pambıq yığımı məntəqəsinə təhvil verilib. Gəncə “ASAN Xidmət” Mərkəzinin könüllülərinin ilk təşəbbüsü ölkədə pambıq yığımında kütləviliyə dəstək məqsədi daşıyır.

Əsmər Məmmədova- könüllü: “Sahədə pambıq yığmaq bizim ilk təcrübəmizdir. Ümumiyyətcə bu layihə çərçivəsində çox böyük təcrübə əldə edirik. "ASAN Xidmət" Mərkəzində həm kreativlik, həm operativlik və digər başqa nailiyyətləri əldə edirik. Burada könüllü kimi iştirak etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm”.

Eşqin İbrahimov- könüllü: “Pambıq yığımı ilə əlaqədar biz də “ASAN” könüllüləri olaraq kömək edirik və bu işimizdən də çox fəxr duyuruq”.

Elton Cabbarlı